“İrandan gələn xəbərlər bizi şoka salıb, Dualarımız Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və hadisə yerində olan digərlərilədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xilasetmə əməliyyatları davam etdiyi müddətdə Ermənistan İranın yaxın və mehriban qonşusu kimi bütün lazımi dəstəyi verməyə hazırdır”, – məlumatda qeyd olunur.
Qeyd edək ki, hazırda qəza yerində axtarış və xilasetmə tədbirləri davam edir. Helikopterin hələ də tapılmadığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az