İrandan ÇAĞIRIŞ: “İsrailə dəstəyi dayandırın”

İranın xarici işlər naziri ABŞ və Böyük Britaniyanı İsrailə dəstəyi dayandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat dərc edib.

Məlumata görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Davosda britaniyalı həmharı ilə görüşündə ABŞ və Böyük Britaniyanın İsrailə görə, regionun təhlükəsizliyini təhlükə altına atmağa haqqı olmadığını bildirib:

“Devid Kemeronla görüşdə müxtəlif ikitərəfli məsələlər və regional hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Mən vurğuladım ki, ABŞ və Böyük Britaniya İsrailin fələstinlilərə qarşı hərəkətlərini dəstəkləməyi dərhal dayandırmalıdır. Onların Netanyahuya görə, regionun təhlükəsizliyini təhlükəyə atmağa haqqı yoxdur”, – deyə İran XİN rəhbəri vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az