masinlar gomruk

Xəbər verdiyimiz kimi, İrandan Azərbaycana dərmanlanmış şüyütlərin gətirildiyi iddia edilir. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov deyib ki, AQTA yayılan görüntüləri nəzarətə götürüb:

“Ümumiyyətlə, xaricdən idxal olunan bütün qida məhsulları Agentliyin nəzarətindən keçirilir və yalnız bundan sonra dövriyyəyə buraxılır. Bu prosesdə risk əsaslı yanaşma tətbiq olunur. Belə ki, məhsullar həm vizual baxışdan, həm sənəd və fiziki nəzarətdən, həm də laborator müayinədən keçirilir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: