om 1

Hazırda “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur.

Globalinfo.az xəbər verir ki, təxliyə olunanlar arasında azyaşlılar da var və onların Azərbaycan ərazisindən təhlükəsiz keçidi təmin edilir.

Bundan əlavə, həmin vətəndaşların Rusiyaya çatdırılması üçün Moskvadan Lənkəran Beynəlxalq Hava Limanına xüsusi təyyarə göndərilib. Sərhədi keçdikdən sonra təxliyə olunan şəxslər xüsusi avtobuslarla Lənkərana aparılacaq, oradan isə təyyarə ilə Rusiyaya yola salınacaqlar.

***18:40

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bu dəfə sərhədi keçənlər arasında Qırğızıstan vətəndaşı olan pilot və müxtəlif ölkələrin vətəndaşları olan stüardessalar var.

Altı nəfərdən ibarət heyət təhlükəsizlik prosedurlarından keçərək Azərbaycan ərazisinə daxil olub.

Məlumata görə, heyət üzvlərindən bəzilərində viza ilə bağlı müəyyən çətinliklər yaranıb. Lakin məsələ operativ şəkildə həll edilib və onlar yerindəcə elektron viza rəsmiləşdirərək sərhədi keçiblər.

Hazırda Astara keçid məntəqəsində təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.

***17:24

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 725 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Globalinfo.az bildirir ki, fevralın 28-dən martın 3-ü saat 14:00-a qədər sərhədi 165 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 224, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 71, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətər və Banqladeşin hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Özbəkistan, Türkiyə və İranın hərəsinin 2, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

***17:07

İrandan Azərbaycan sərhədi ilə xarici vətəndaşların təxliyəsi davam edir.

Globalinfo.az xəbər verir ki, Astara Sərhəd Gömrük-keçid məntəqəsindən təxliyə olunanlar arasında Oman və Meksika vətəndaşları da var. Bu gün 32 nəfər Oman, 3 nəfər Meksika vətəndaşı təxliyə edilib.

    Ümumilkdə son iki saat ərzində Astara SGK məntəqəsindən 58 nəfərin təxliyəsi həyata keçirilib. Təxliyə olunanlardan 19 nəfəri Azərbaycan, 3 nəfəri Çin, 2 nəfər Pakistan, 4 nəfər İsveçrə vətəndaşlarıdır.

    Təxliyə prosesi davam edir.

    om 2 om 3 om 4

    ***13:36

    İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

    Globalinfo.az bildirir ki, bu gün saat 09:00-dan 13:00-ə kimi Astara Sərhəd Gömrük-keçid məntəqəsindən 89 nəfərin təxliyəsi həyata keçirilib. Təxliyə olunanlardan 74 nəfəri Çin, 6 nəfəri Azərbaycan, 1-i Türkiyə, 2-si İran, 6-sı isə Slovakiya vətəndaşı olub.

      Hazırda təxliyə prosesi davam edir.

      txl 2txl 1 txl 3 txl 4 txl 5

      Paylaş: