ssha iran38

Böyük Britaniya, AlmaniyaFransa (“avroüçlük”) bəyan edib ki, əgər İran ABŞ-la birbaşa danışıqlara razılıq versə, “Snapback” mexanizminin bərpası təxirə salına bilər.

Globalinfo.az bildirir ki, bu barədə İran hökumətinin nümayəndəsi Fətimə Mohacirani məlumat verib.

Mohacirani bəyanatında Avropa ölkələrinin şərtini “çox qəribə” adlandırıb:

“Üç Avropa ölkəsinin bu gün irəli sürdüyü şərt bizim tərəfimizdən qanunsuz sayılır. Onlar istəyirlər ki, biz birbaşa danışıqları elə bir ölkə ilə aparaq ki, həmin dövlət özü müqavilədən çıxıb”, – Mohacirani vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: