İrandan antiterror əməliyyatlarına REAKSİYA

“İran İslam Respublikası hesab edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və daxili məsələləri, vətəndaşların hüquq və təhlükəsizliyinin təmin edilməsi dialoq yolu ilə həll olunmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani deyib.

O, Tehran rejiminin münaqişənin şiddətlənməsindən narahat olduğunu bildirib:

“Bütün tərəfləri atəşkəs razılaşmasına uyğun hərəkət etməyə və münaqişənin həllinə dialoq yolu ilə baxmağa çağırıq. İran İslam Respublikası 3+3 formatının həyata keçirilməsinə hazırdır”, – deyə o bildirib.

Ayşən Mustafa
Globalinfo.az