“Vaşinqtonla qarşıdurma hələ uzun müddət davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi deyib.
“İran ABŞ-ı son məğlubiyyətə qədər rahat buraxmaq niyyətində deyil. Amerikalıların Yaxın Şərqdən çıxış prosesini sürətləndirməsi daha məqsədəuyğun olar.
İrandan verilən cavab gözlənilməz və güclüdür. Bu fakt ABŞ-ı atəşkəsə getməyə məcbur edib.
Sözügedən prosesi ABŞ üçün beynəlxalq miqyasda “alçaldıcı məğlubiyyət” hesab edə bilərik”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az