İrandan ABŞ-a xəbərdarlıq: “İsraillə münaqişəyə müdaxilə olunarsa…”

“İsraillə münaqişəyə müdaxilə olunarsa, ABŞ qüvvələrinə qarşı hücum ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı üç Amerika mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran ərəb ölkələri vasitəsilə Vaşinqtona mesaj verib. Mesajda deyilir ki, ABŞ, İsrail və İran arasındakı münaqişəyə müdaxilə edərsə, regiondakı Amerika qüvvələrinə hücum olunacaq.

“CBS News”un Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton İranın İsrailə qarşı hücumunun aprelin 12-də baş tutacağını gözləyib. Hərbi hədəflərə qarşı 100-dən çox pilotsuz təyyarə və onlarla raketdən istifadə oluna biləcəyi vurğulanıb.

İran Xarici İşlər Nazirliyi isə Tehranın Dəməşqdəki Baş Konsulluğa edilən hücuma görə, İsrailə cavab vermək hüququnu özündə saxladığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az