Səfirliyimizə hücum etmiş şəxs haqda QƏRAR – Edam olunacaq

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs barədə hökm elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyi məlumat verib.

Məlumata görə, səfirliyimizə hücum edən şəxs barəsində edam hökmü çıxarılıb.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi yaralanıb.