
Regionun və Asiyanın bir sıra ölkələri mayın 19-da helikopter qəzasında həlak olan İranın mərhum prezidenti İbrahim Rəisinin xatirəsinə ictimai matəm elan ediblər.
Globalinfo.az xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı ölkədə ictimai matəm elan ediləcəyini, Hindistan bayrağının yarıya endiriləcəyini və əyləncə proqramlarının ləğv olunacağını bildirib.
Türkiyədə də İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar birgünlük matəm elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bağdad hökuməti də İraqda ictimai matəm elan edib.
Bundan başqa Suriya hökuməti İranla həmrəylik məqsədilə üç günlük ictimai matəm elan olunacağını və xaricdəki bütün səfirlik və diplomatik nümayəndəliklərdə Suriya bayrağının yarıya endiriləcəyini açıqlayıb.
Livan da faciəvi hadisə ilə bağlı üç günlük matəm elan edib.
Bundan başqa Pakistanın Baş naziri Şahbaz Şərif X hesabında etdiyi paylaşımla diqqət çəkib:
“İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistanın yaxşı dostları idilər. Pakistan prezidentinə və onun qəzada həlak olan dostlarına, eləcə də İran hökumətinə hörmət və həmrəylik əlaməti olaraq ölkədə bir günlük matəm elan ediləcək və bayraq yarıya endiriləcək”.
Müşviq Tofiqoğlu
Globalinfo.az