İranda yoxa çıxmış gənclə bağlı SON DƏQİQƏ xəbəri – RƏSMİ

“Biz artıq Fərid Səfərlinin itməsi ilə bağlı Baş Konsulluğa məlumat vermişik”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) sözçüsu Ayxan Hacızadə Almaniyada yaşayan və İranda itkin düşən 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fərid Səfərli haqda danışarkən deyib.

O, gəncin axtarılması ilə bağlı göstəriş verildiyini bildirib:

“Hazırda məsələyə aydınlıq gətirilməsi istiqamətində əlimizdən gələn addımları atırıq. Gəncin anası oğlunun İranda yoxa çıxması il bağlı Almaniyadakı səfirliyimizə rəsmi müraciət edib. Ananın müraciəti əsasında da İrana sorğu göndərmişik. Biz İran tərəfinin də açıqlamasını gözləyirik”.

Zaira Akifqızı
Globalinfo.az