Beynəlxalq internet monitorinqi təşkilatı “NetBlocks” İranın paytaxtı Tehranda, eləcə də ölkənin bir sıra digər şəhərlərində internet kəsintiləri qeydə alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “X” sosial media saytında məlumat verilib.
“Şəbəkə məlumatları göstərir ki, Tehran və İranın digər bölgələri hazırda birdən çox provayder arasında əlaqələr kəsildiyi üçün rəqəmsal qaranlığa qərq olub”.
İran rəsmiləri heç bir məhdudiyyət tətbiq etmək niyyətində olmadığını bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl “The Times” qəzeti İranın Ali Lideri Ayətullah Əli Xameneinin təhlükəsizlik qüvvələrinin etirazları yatırmaması halında ölkəni Moskvaya təxliyə etmək planı hazırladığını bildirmişdi.
Tahir Turan
Globalinfo.az