İranda terror törədənlər Azərbaycanla sərhəddə saxlanıldı

Noyabrın 16-da İranın Xuzistan əyalətinin İze şəhərində terror aktı törədən 3 nəfər saxlanılıb.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Möhsena Rezai bildirib.

“Onlar qaçmağa cəhd ediblər, lakin İran-Azərbaycan sərhədində həbs ediliblər”.

Onun sözlərinə görə, İranın düşmənləri qeyri-qanuni sanksiyalarla nəticə əldə edə bilmədilər, ona görə də indi ölkədə qeyri-sabit ab-hava yaratmağa çalışırlar.

Son məlumatlara görə, terrorçuların atəşi nəticəsində Xuzistanda polislər də daxil olmaqla azı 7 nəfər həlak olub, 10-dan çoxu yaralanıb.