İran tələsir: prezident seçkilərinin tarixi AÇIQLANDI

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması səbəbindən iyunun 28-də ölkədə yeni prezident seçkiləri keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da Prezident İbrahim Rəisinin də göyərtəsində olduğu helikopter qəzaya uğrayıb. Qəzada prezident və xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla yeddi nəfər həlak olub.

Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Möhbər prezident vəzifəsini icra edir.

Safura Bənnayeva
Globalinfo.az