İranda polis zabitləri güllələndi

İranın Cənubi Xorasan əyalətində iki polis zabiti güllələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, sentyabrın 16-ı Cənubi Xorasan əyalətinin Nəhbəndan bölgəsində polis zabitləri kapitan Həsən Tahiri və Səccad Zare Müqddəm öldürülüblər.

Bundan başqa leytenant Rüstəm Təngsarın isə ağır yaralandığı xəbər verilir.