İranın Şimali Xorasan əyalətində “Esfarayen” Sənaye Kompleksində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, poladəritmə zavodunda baş verən partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.
Yaralılardan altısının xəsarətləri yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır. Daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Məlumata əsasən, kompleksin bir hissəsində qısamüddətli su sızması partlayışa səbəb olub.