İranda qızlarla bağlı müəmmalı hadisələr baş verir – FOTO

***
11:48

İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib.

Qeyd edilir ki, onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilib.

***

İranın yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün əlində kimyəvi-bioloji qazla qızlar məktəbinə hücum etməsi ölkədə ciddi narazalıqlara səbəb olub.

Globalinfo.az xəbər verir ki, “Azad İran” Teleqram kanalında “Günün fotosu” başlığı altında sözügedən hücumun karikaturası təsvir olunub.

Qeyd edək ki, son günlər İranın əksər şəhərlərində əsasən qızların təhsil aldıqları məktəb və liseylərə müəmmalı kimyəvi hücumlar təşkil edilib. Nəticədə çox sayda qız şagird zəhərlənib və hətta bir neçəsi həyatını itirib. Bu hadisəyə valideynlər kəskin etirazlarını bildirirlər.

Çox güman ki, qızlar məktəbinə kimyəvi hücumdan məqsəd son bir neçə ayda ölkənin yer bir yerində qız şagirdlərin məcburi hicaba etiraz etməsi olub.

İndi hakimiyyət bunun qisasını qeyri-insani şəkildə azyaşlı qızlardan alır.