Gürcüstanda fiber-optik rabitədə yaranan problemlər səbəbindən İrana daxil olan internet kəsilib.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İranda internetlə bağlı problemlər Gürcüstandan keçən optik lifin qırılması ilə bağlıdır.
Bildirilir ki, hazırda Gürcüstanda problemin həlli üçün lazımi texniki tədbirlər görülür.