İranda hicabsız qadınlara qarşı “TƏDBİR”: Kameralar quraşdırılır

İranda hicabsız gəzən qadınları müəyyən etmək üçün ictimai yerlərdə və küçələrdə videokameralar quraşdırılır.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, qanun pozucuları müəyyən edildikdən sonra onlara xəbərdarlıq mesajı göndəriləcək.

Qeyd edək ki, bundan əvvəl hicab normalarına riayət olunmasına əxlaq polisi nəzarət edirdi, lakin genişmiqyaslı etirazlardan sonra bu, ləğv edilib.