İranda həbs edilən Fərid Səfərlidən xəbər var

Oğlum Fəridin vəziyyəti yaxşıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib

O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb:

“Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib”.

D.Əsgərova əlavə edib ki, hələ apellyasiya məhkəməsi keçirilməyib.

“Yaxın həftələrdə apellyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi barədə məlumat olacaq”, – deyə o qeyd edib.