nocomment c4a940ec7c7848d0ffab4b0edec2551c txm57wuk4zc0hoaj92lg e1632658425541 1

İranın Xuzistan əyalətinin Behbəhan şəhərindən olan molla Seyid Cavad Mortezəvi katibəsini qətlə yetirməkdə ittiham olunaraq edama məhkum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Onun hökmü bu gün səhər saatlarında Əhvazın Sepidar həbsxanasında icra olunub.

Məlumata görə, Behbəhanda nikah qeydiyyat ofisi olan Mortezəvi katibəsi ilə müvəqqəti nikaha girib. Daha sonra qadın Hüseyn Xələfi ilə evlənib.

2022-ci ilin martında Mortezəvi Xələfini öz ofisinə dəvət edərək onun çayına dərman qatıb yuxuya verdikdən sonra Behbəhandakı Şir Əli yoluna aparıb və bıçaqlayaraq öldürüb.

Tahir Turan
Globalinfo.az

Paylaş: