
İranda azyaşlı qızların iştirakı ilə keçirilən “Cəşn-e Təklif” adlı dini mərasimdə oğlan aparıcıya bıçaqla hücum edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı “Azad İran” Teleqram kanalı paylaşıb.
Hadisədən sonra mərasim yarımçıq dayandırılıb.
Qeyd edək ki, “Cəşn-e Təklif” İranda qızların dini baxımdan yetkinlik yaşına çatmasını qeyd etmək məqsədilə keçirilən ənənəvi tədbirdir.