İranda dəhşətli terror aktı: 4 nəfər ölüb, yaralılar var – FOTO/VİDEO

İranın Şah-Çerağ ziyarətgahında terror aktı törədilib. 

Globalinfo.az xəbər verir ki, silahlı basqın nəticəsində 4 nəfərin öldüyü bildirilir.

Ölənlərdən ikisi ziyarətgahın əməkdaşı, ikisi isə ziyarətçi olub. Həmçinin bir neçə nəfərin yaralandığı və vəziyyətlərinin ağır olduğu deyilir.

Qeyd edək ki, ötən ilin noyabrında da sözügedən ziyarətgahın İŞİD terror qruplaşmasının hücumuna məruz qalıb, terrorçulardan biri saxlanılaraq edam edilib.

Ayşən Mustafa
Globalinfo.az