İranda daha iki nəfər edam edildi

Dünən İranda hökumət əleyhinə xalq kütlələrinin etiraz aksiyaları davam edib. Eyni zamanda, aksiyalarda iştirak etdiyinə görə həbs olunanlara ağır cəzalar verilməsi davam edir. Dünən məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrası istiqamətində növbəti addım atılıb.

Globalinfo.az-ın GunazTV-yə istinadən verdiyi məlumata görə, səhər saatlarında daha iki etiraz­çı barədə çıxarılmış edam hökmü icra olunub. Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etiraz aksi­yalarını yatıran BƏSİC üzvü Ruhullah Əcəminin qətlində təqsirli biliniblər. Bu iki etirazçı barədə edam hökmü yanva­rın 3-də çıxarılıb.

“Mehr” xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, dekabrda məh­kəmənin etiraz aksiyasının iştirakçıla­rı Məcidreza Rəhnavard və Möhsün Şekari barəsində edam hökmü də icra olunub.

Məlumata görə, yanvarın 6-da daha 4 nəfər barəsində edam hökmü çıxarı­lıb. Onlar “Allaha düşmənçilik” və rejimə qarşı qiyamda ittiham olunurlar.

Xatırladaq ki, sentyabrın 17-də İran­da etiraz aksiyalarının başlanmasından indiyədək 20 minə yaxın etirazçı həbs olunub, 500-dən çox aksiyaçı hərbi-po­lis qüvvələri tərəfindən qətlə yetirilib. Qətlə yetirilənlərdən 68 nəfəri yeniyet­mədir.