İranda 400-ə yaxın partlayıcı zərərsizləşdirilib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – Qeyd) kəşfiyyat xidmətləri İran ərazisində 400-ə yaxın partlayıcı qurğunu zərərsizləşdirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Seyid İsmail Xətib məlumat verib.

“Biz 400-ə yaxın bombanı zərərsizləşdirmişik. 40-dan çox partlayıcı qurğunun Məhərrəmlikdə dini tədbirlərin keçirildiyi yerlərin yaxınlığında partlaması nəzərdə tutulurdu”-deyə, o bildirib.