İrana xidmət edən daha 2 nəfər tutuldu – FOTO

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Globalinfo.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Seyyid Cahangir və Fədaim Cəfərov da saxlanılıblar.