19headlines wh meeting photo B hjqc superJumbo

ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinə Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üçün koalisiyaya qoşulmaqdan imtina edəcəkləri təqdirdə Ukraynaya silah tədarükünü dayandıracağını bildirib.

“Financial Times” qəzeti mənbələrinə istinadən yazır ki, Tramp Avropa liderlərini bu yolla bir növ təhdid edib.

ABŞ belə bir addım ata bilərmi? Bu, nə ilə nəticələnər?

Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, ABŞ Ukraynaya təmənnasız olaraq çox az, hətta simvolik miqdarda silah verir:

“Halbuki Vaşinqtonun indiki məqamda Ukraynaya təmənnasız kəşfiyyat məlumatları verməsi daha vacibdir. Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra silahların Avropaya satılması və onların Ukraynaya təmənnasız verilməsi proseduru müəyyən edildi.

Trampın bu bəyanatından belə anlaşılır ki, ya əlində olan, yaxud istehsal edilən ABŞ silahlarını Avropaya satmayacaq, ya da hazırda Avropa ölkələrinə satmağı planlaşdırdığı silahları öz ehtiyacları üçün istifadə edəcək. Ağ Ev rəhbərinin məntiqi aydındır.

WhatsApp Image 2026 03 10 at 16.25.20 7 900x529 1

Qısa müddət ərzində ABŞ böyük miqdarda silah-sursat istehsal edib. Silah istehsal edən müəssisələrin illik müəyyən istehsal gücü var. Bunu nəzərə alaraq o, İranla məsələni daha tez bitirmək istəyir. Məhz bundan sonra silahların Avropaya satışı reallaşa bilər. Əks halda, həmin silahlar ABŞ-ın özünə lazım olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: