İrana görə daha bir nəfər həbs edildi – FOTO

Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.

Globalinfo.az “MOUZE” teleqram kanalına istinadən bildirir ki, həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha bir nəfər – Yusif Əliyev həbs edilib.

Yusif Əliyev Müsəlman Birliyi Hərakatının üzvüdür.

Lent.az-ın əldə etdiyi məlumata görə, Y. Əliyev narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.