ya 1

Azərbaycanın İrana göndərdiyi humanitar yardım ünvana çatdırılıb.

Globalinfo.az bildirir ki, İrana humanitar yardımı çatdıran maşın karvanı Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək Azərbaycana qayıdıb.

    Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

    Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

    ms 1 ms 2 ms 3 ms 4

    ***13:36

    İrana göndərilən humanitar yardım Astara sərhədindən yola salınıb.

    Globalinfo.az xəbər verir ki, Prezidenti İlham Əliyevİran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana yola salınan humanitar yardım Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

    Sərhəd buraxılış məntəqəsində müvafiq prosedur qaydalarından sonra humanitar yardım İran İslam Respublikasına yola salınıb.

    ***

    Azərbaycandan İrana göndərilən humanitar yardım “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

    Globalinfo.az xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

    Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

    Hazırda humanitar yardım yüklənmiş avtomobillər “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

    Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

    ***09:45

    Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb.

    Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib.

    O bildirib ki, humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir: “Avtomobillər artıq yola düşməkdədir”.

    Paylaş: