“ABŞ təyyarələri atəşkəs razılaşmasının növbəti dəfə pozulması ilə İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar stansiyalarına zərbələr endirib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkəsində yazıb.
“Görünür, onlar heç vaxt heç nə öyrənməyəcəklər! Elə bir zaman gələ bilər ki, artıq təmkin göstərə bilməyəcəyik və uğurla başladığımız işi hərbi yolla tamamlamağa məcbur olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu dayandıracaq”, – deyə o bildirib.
Qeyd edək ki, iyunin 28-də ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İranda yerləşən hərbi obyektlərə növbəti hava zərbələri endirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb ki, əməliyyat İranın kommersiya gəmiçiliyinə qarşı həyata keçirdiyi hücumlara cavab xarakteri daşıyıb.
Məlumata əsasən, ABŞ hərbi aviasiyası İranın hərbi kəşfiyyat infrastrukturu, rabitə sistemləri, hava hücumundan müdafiə (HHM) mövqeləri, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar və mina yerləşdirmə imkanlarını hədəfə alıb.
Əliyar Xəlil
Globalinfo.az