İran yeni ballistik raketini nümayiş etdirib.
Globalinfo.az xəbər verir ki, məlumatı yerli mətbuat yayıb.
Raket İran Müdafiə Nazirliyi tərəfindən hazırlanıb. Yeni raketin adının “Etimad” olduğu bildirilib. Bununla belə raketin xarakteristikası barədə ətraflı məlumat verilməyib. Onun yalnız 1700 kilometr məsafədəki hədəfləri məhv etdiyi bildirilib.
Mərasimdə İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.
Qeyd edək ki, İran bundan öncə ABŞ və İsraili İrana qarşı hücumdan yayınmağa çağırıb. Tehran bunun ABŞ tarixinin ən böyük səhvi olacağını bildirib.
Əliyar Xəlil
Globalinfo.az