İran XİN: Dron ittihamları ilə bağlı Ukrayna ilə danışıqlara hazırıq

Biz dron ittihamlarını həll etmək üçün Ukrayna ilə danışıqlara hazırıq.

Globalinfo.az APA-a istinadla məlumat verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

N.Kənani bildirib ki, Ukraynadakı müharibədə istifadə olunmaq üçün İrandan pilotsuz aparatların göndərilməsi ilə bağlı məlumatlar yalan və qərəzlidir: “Bu ehtimallara əsaslanan əsassız iddialar bəzi dövlətlərin İrana qarşı siyasi və məqsədyönlü təbliğatının tərkib hissəsidir”.

O qeyd edib ki, bu ittihamları həll etmək üçün Ukrayna ilə danışıqlara hazırdırlar.