Abbas Araqçıya sui-qəsd cəhdi oldu – İran XİN

KMO 162543 65937 1 t247 193733

Tehranda İranın xarici işlər naziri Abbas Araqçıya qarşı sui-qəsd cəhdi olub.

Globalinfo.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin müşaviri məlumat yayıb.

Müşavir bildirib ki, əgər ölkənin təhlükəsizlik qüvvələrinin çevik və peşəkar müdaxiləsi olmasaydı, İsrailin Araqçıya qarşı planlaşdırdığı “böyük sui-qəsd” bir neçə gün əvvəl həyata keçirilə bilərdi.

“Əgər Vətənin adsız qəhrəmanlarının vaxtında atdığı addımlar olmasaydı, bəlkə də həmin plan gerçəkləşəcəkdi. Lakin Allaha şükürlər olsun ki, bu ssenari uğursuzluğa düçar oldu”, – deyə o qeyd edib.

İran rəsmiləri əlavə açıqlama verməyiblər, lakin təhlükəsizlik qurumlarının Araqçının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər gördüyü bildirilir.

Aysel Əliyeva
Globalinfo.az