İran XİN başçısı Ciddəyə gedir

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı çərşənbə günü Ciddədə keçirilməsi planlaşdırılan fövqəladə iclasında iştirak edəcəyini bildirib.