İran xəbərdarlıq etdi: “İsrailin nüvə reaktorunu vura bilərik”

1529807292 dimon

İranla İsrail arasında gərginlik artmağa davam edərsə, Tehran nüvə araşdırmaları ilə məşhur olan Dimonadakı obyektə hücum edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı adının açıqlanmasını istəməyən yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb.

“Əgər qarşıdurma yeni mərhələyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim üçün qanuni hərbi hədəfə çevriləcək”, – deyə iranlı məmur bildirib.

Xatırladaq ki, İsraillə İran arasında qarşılıqlı hava hücumları son günlər intensiv xarakter alıb. Tehran cavab tədbirləri çərçivəsində artıq müxtəlif hədəfləri vurduğunu açıqlayıb. Dimona isə İsrailin strateji hərbi və nüvə tədqiqat mərkəzlərindən biri hesab olunur.

Aysel Əliyeva
Globalinfo.az