“İsrail İran xalqının mübarizəsi ilə həmrəydir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz İran xalqının mübarizəsi və azadlıq və ədalət uğrunda mübarizəsi ilə həmrəyik. İran xalqının taleyini öz əlinə aldığı bir dövrdə yaşamağımız tamamilə mümkündür”, – deyə Netanyahu həftəlik kabinet iclasında bildirib.
Qeyd edək ki, bir neçə gündür İranda milli valyutanın xarici valyutalara qarşı ciddi dəyər itirməsi və iqtisadi problemlər səbəbindən etirazlar davam edir.
Əliyar Xəlil
Globalinfo.az