İran və Səudiyyə Ərəbistanı münasibətləri bərpa edir

Cümə günü İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra diplomatik münasibətlərin bərpa edilməsi, səfirliklərin yenidən açılması barədə razılığa gəlib.

Globalinfo.az amerikaninsesi.org-a istinadən xəbər verir ki, həftə Pekində “Ümumçin Xalq Nümayəndələri Konqresi”nin təntənəli iclası zamanı əldə olunan razılaşma Körfəz ərəb dövlətləri ABŞ-ın Yaxın Şərqdən yavaş-yavaş geri çəkildiyini düşündüyü bir vaxt çinlilər üçün böyük diplomatik qələbədir. Bu, həm də diplomatların Yəməndə illərlə davam edən – həm İranın, həm də Səudiyyə Ərəbistanının dərin kök saldığı münaqişəyə son qoymağa çalışdığı vaxta təsadüf edir.

İki ölkə bu razılaşmaya vasitəçilik edən Çinlə razılaşmaya dair birgə bəyanat yayıb. Çin dövlət mediası razılaşma barədə dərhal məlumat verməyib.

İran dövlət mediası görüşün Çində çəkildiyini təsvir edən görüntülər və videolar yayıb. Görüntülərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Musad Bin Məhəmməd Əl-Ayban və Çinin yüksək səviyyəli diplomatı Van Yi birlikdə olub.

“Qərar həyata keçirildikdən sonra hər iki ölkənin xarici işlər nazirləri səfirlərinin mübadiləsinə hazırlıq üçün görüşəcək” – deyə, İranın dövlət televiziyası bildirib.

Televiziyada danışıqların dörd gündən çox aparıldığı bildirilib.