İran və Rusiya səfirləri Bakıda görüşdü

İran və Rusiya səfirləri – Seyid Abbas Musəvi və Mixail Evdokimov Bakıda görüş keçiriblər.

Axar.az xəbər verir ki, diplomatlar İsrail-Fələstin münaqişəsi fonunda Qəzzada baş verən hadisələri, eləcə də Cənubi Qafqazdakı durumu müzakirə ediblər.