İran və İsraildə ölənlərin arasında Azərbaycan vətəndaşları… – XİN

“İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.