İran və Ermənistan generallarının görüşünün pərdəarxası: Nələr müzakirə olunub?

Ermənistanın müdafiə naziri Suren Papikyan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Papikyan İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə də görüşüb. Tərəflər müdafiə sektorunda əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Nazirlər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması ilə bağlı müzakirələr həyata keçirilib.

Qeyd edək ki, erməni nazir martın 6-da İrana rəsmi səfərə gedib.

Xatırladaq ki, İran son 30 il ərzində Qarabağ məsələsində və Azərbaycanla müharibə mövzusunda Ermənistana ciddi dəstək verib. Həmin dəstək bu gün də davam edir. Müharibənin başa çatmasına və Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmasına baxmayaraq İran Ermənistanla müttəfiqlik münasibətlərini dayandırmır. Odur ki, generalların görüşünün pərdəarxası məqamlarının olması istisna deyil. Çünki bu, iki ölkə arasında uzun illərdən bəri davam edən əlaqələrdən irəli gəlir. Bu əlaqələrin hələ bir müddət də regiondakı sülhün əleyhinə davam edəcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az