İran Ukraynaya təzminat ödəyəcək – Məbləğ

İran Ukrayna təyyarəsinin vurulmasına görə 142 milyon dollar təzminat ödəməlidir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Kanadanın Ontario Ali Məhkəməsi SEPAH-ın Ukrayna təyyarəsini vurması və 176 sərnişini öldürməsinin terror aktı olduğunu bəyan edib. Məhkəmə belə qənaətə gəlib ki, bu qəsdən edilib. Məhkəmənin qərarına əsasən, İran Ukrayna təyyarəsi qəzasında həlak olan 8 nəfərin ailələrinə 142 milyon dollar təzminat ödəməlidir.

Qurbanların ailələri terror aktına və dəymiş zərər və itkilərə görə məsuliyyət daşıdığına görə, İranın bəzi səlahiyyətli şəxslərini və qurumlarını məhkəməyə verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarəni havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurub və təyyarədə olan 176 nəfərin hamısı həlak olub.