İran hökuməti Xəzər dənizində ölkəyə məxsus mülki yük gəmisinə edilən hücumla bağlı Ukraynadan dəymiş zərərin ödənilməsini tələb edib.
İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığından sonra bildirib ki, Kiyev tərəfi hadisənin qəsdən törədilmədiyini qeyd etsə də, Tehran baş verənləri qəbuledilməz hesab edir.
Nazirin sözlərinə görə, İran gərginliyin artmasında maraqlı deyil, lakin ölkə vətəndaşlarının və milli maraqlarının hədəfə alınmasına biganə qala bilməz. O vurğulayıb ki, insident nəticəsində yaranmış zərər tam şəkildə kompensasiya edilməlidir.
Xatırladaq ki, İran daha əvvəl Xəzər dənizində mülki ticarət gəmisinə hücum nəticəsində bir ekipaj üzvünün öldüyünü, iki nəfərin isə yaralandığını açıqlamışdı. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Tahir Turan