İran-Taliban müharibəsindən şok görüntülər – ANBAAN VİDEO

İran-Əfqanıstan sərhədində baş verən hərbi toqquşmadan kadrlar yayılmaqdadır.

Globalinfo.az xəbər verir ki, teleqram kanallarında toqquşmanın şiddətini göstərən videolar paylaşılır.

Görüntülərdə döyüşlər zamanı yaralanmış İran hərbçilərinin xəstəxanaya gətirilməsi də əks olunub.

Qeyd edək ki, İranla Əfqanıstan arasında gərginlik su mübahisəsinə görə artıb. Prezident İbrahim Rəisinin Sistan və Bəlucistana səfəri zamanı Talibanı vilayətə gələn suyun məcrasını dəyişməkdə ittiham etməsi və Əfqanıstan hakimiyyətini açıq mətnlə hədələməsi münasibətləri daha da gərginləşdirib. Bunun ardınca isə İran XİN Taliban hökumətini tanımadığını təkrarlayıb. Bu gün isə Taliban İrana müharibə elan etdiyini açıqlayıb.

Artıq İranın Qüds Qüvvələrini sərhədə göndərməsi haqda məlumat yayılıb.