İran İsmayıl Haniyənin ölümünə görə İsraildən ağır qisas alacağına söz verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Haniyəyə hücumla bağlı apardığı araşdırmadan sonra verdiyi açıqlamada İsrailin cinayətə görə cavab verəcəyi və ciddi şəkildə cəzalandırılacağı bildirilib.
Eyni zamanda İran tərəfinin lazımi vaxtda və şəkildə qisas alacağı açıqlanıb.
Sənəddə o da qeyd olunur ki, Haniyənin qətli ABŞ-ın dəstəyi ilə İsrail tərəfindən təşkil edilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az