İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan aviabazasına hücumunda 29 ABŞ hərbçisi yaralanıb.
AP yazır ki, bazaya 6 ballistik raket atılıb və və 29 dronla hücum edilib.
***
İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi bazasına endirdiyi zərbə nəticəsində bir yanacaqdoldurma təyyarəsi məhv edilib, üçü zədələnib.
Bu barədə İran hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari bildirib.
***10:00
İranın Səudiyyə Ərəbistanının Şahzadə Sultan aviabazasına hücumun nəticəsində ABŞ-ın 12 əsgəri yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onlardan ikisinin vəziyyəti çox ağırdır.
Hücum zamanı bazadakı iki ədəd KC-135 yanacaqdoldurma təyyarəsinə ciddi ziyan dəyib.