İran Hörmüz boğazının açılması üçün ABŞ qarşısında bir sıra şərtlər irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin yeni hərbi müşaviri Möhsün Rzayi danışıb. O bildirib ki, Tehran vasitəçilər kanalı ilə Vaşinqtona boğazın açılması ilə bağlı tələblərini çatdırıb.
İran tərəfinin şərtləri sırasında hərbi əməliyyatların dayandırılması, ölkənin dondurulmuş aktivlərinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və Yaxın Şərqdə, o cümlədən Livan və Qəzzada müharibələrin sona çatdırılması yer alır.
Rzayi vurğulayıb ki, ABŞ öz siyasətini dəyişməyənə qədər Hörmüz boğazının açılması gözlənilmir.
O, həmçinin Oman vasitəsilə əldə olunan hər hansı razılaşmanın boğazın açılması məsələsinə təsir etməyəcəyini bildirib.
Tahir Turan
Globalinfo.az