1620137905 feab2890 d359 4bf4 9732 9ae9cebc68a6 w1080 h608

Xarici işlər nazirinin müavini İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.

Globalinfo.az xəbər verir ki, jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir:

“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”.

Paylaş: