İran səfiri ilə bağlı yeni məlumat yayıldı

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin”, – məlumatda bildirilib.

***19:19

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Bildirilib ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.