İran Səudiyyə Ərəbistanına hücum etməyə hazırlaşır.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” qəzeti yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı İranın hücuma hazırlaşdığı ilə bağlı kəşfiyyat məlumatları əldə edib və bu barədə ABŞ-ı məlumatlandırıb.
Bildirilir ki, İran Səudiyyə Ərəbistanı ilə yanaşı, İraqın Ərbil şəhərinə hücumlar təşkil etməyi planlaşdırır.
“Bununla da, İran diqqəti ölkə daxilində baş verən etirazlardan yayındırmağa çalışır”, – deyə qəzet yazıb.
İranın hücuma hazırlığına cavab olaraq, Səudiyyə Ərəbistanı, ABŞ və bir neçə qonşu dövlət öz Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırıblar.