peskov

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədə qarşılıqlı hərbi yardım haqqında müddəa yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Tehranın Moskvadan bu cür yardım istəmədiyini vurğulayıb:

“Ümumilikdə Rusiyanın dəstəyi göz qabağındadır. Münaqişə başlayanda verdiyimiz bəyanatda İsraildən zərbələrin dayandırılmasını, danışıqların dinc yola keçməli olduğunu demişik. Bu istiqamətdə israrlı mövqeyimiz var”.

Peskov bildirib ki, Moskva lazım gələrsə, İran-İsrail münaqişəsinin həllində vasitəçilik xidmətləri göstərməyə hazırdır:

“Bunu prezident Vladimir Putin də ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu, İran Prezidenti Məsud Pezeşkian ilə apardığı telefon danışıqlarında müzakirə edib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: